Mixalis Pekris: "Hədəfimiz qrupda birinci olmaqdır"

Mixalis Pekris: "Hədəfimiz qrupda birinci olmaqdır"

Kipr Futbol Assosiasiyasının vitse-prezidenti Mixalis Pekris Millətlər Liqasının püşkünü dəyərləndirib. Assist.az xəbər verir ki, o, əsas hədəflərinin qrupda 1-ci yeri tutmaq olduqlarını deyib:

 

"Qrupumuz yaxşıdır. 1-ci yer üçün mübarizə aparacağıq. Çünki birinci olan komanda yarışın final mərhələsində oynayacaq və daha yüksək liqaya vəsiqə qazanacaq. Sonuncu pillənin sahibi isə aşağı liqaya düşəcək. Futbolçular meydanda mübarizə aparacaqlar. Yeni bir başlanğıc var. Ən yaxşı nəticəyə nail olmaq üçün yenidən təşəbbüs göstərilib. Federasiyanın gördüyü və görəcəyi tədbirlərlə səviyyəni yüksəldəcəyik. Ən əsası, futbol oynamaqdır".

sportal