Millimizin Lixtenşteyn sınağı - YENİLƏNİR

Bu gün Azərbaycanın U-21 milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq. Assist.az xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv Sumqayıtda Lixtenşteyn yığması ilə görüşəcək.
Tərəflərin ilk duelində yığmamız 1:0 hesabı ilə qələbə qazanmışdı.
Lixtenşteyn yığması qrupda keçirdiyi digər üç oyunun hamısında məğlub olub. Azərbaycan millisinin yeganə qələbəsi isə Slovakiya ilə matçda qeydə alınıb.
14 noyabr
AÇ-2021-in seçmə mərhələsi
2-ci qrup
18:00. Azərbaycan - Lixtenşteyn
Baş hakim: Lukas Sotirius (Kipr).
Sumqayıt. “Kapital Bank Arena”