Millimizin İsveçrə məğlubiyyəti

Millimizin İsveçrə məğlubiyyəti

Azərbaycanın U21 milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

Assist.az xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv II qrupun lideri İsveçrə yığmasını qəbul edib. Sumqayıtdakı "Kapital Bank Arena"da baş tutan ilk rəsmi beynəlxalq matçda qonaqlar qalib gəlib - 0:1.

Yeganə qolu 33-cü dəqiqədə Nedim Bayrami millimizin qapısından keçirib. Bu qələbədə sonra xalını 9-a çatdıran qonaqlar əvvəlki kimi ilk pillədə qərarlaşıblar. 3 xalı olan Azərbaycan yığması isə  sonuncu pillədədir.

Xatırladaq ki, U21 komandamız bunadək keçirdiyi 4 oyundan yalnız 1-də qələbəyə sevinib. Futbolçularımız doğma meydanda Slovakiyanı 2:1 məğlub edə bilib. Digər oyunlarda Lixtenşteynə 0:1, Gürcüstana 0:3, səfərdə Fransa millisinə 0:5 hesabı ilə məğlub olub.