Millimizin Fransa qalibiyyəti

Millimizin Fransa qalibiyyəti

Gürcüstanın Batumi şəhərində kişilər və qadınlar arasında komandalarası Avropa çempionatı davam edir. Assist.az xəbər verir ki, turnirdə ikinci turun oyunları keçirilib.

Bu turda kişilərdən ibarət millimiz Fransa ilə qarşılaşıb. Şəhriyar Məmmədyarov Maksim Laqarde ilə, Arkadi Naydiç Eduard Romeynlə, Qədir Hüseynov Tirqan Qaramyanla xalları yarı bölüb. Rauf Məmmədovun Mark Maurizi üzərindəki qələbəsi isə həlledici olub. 

Beləliklə, şahmat millimiz Fransanı 2.5:1.5 hesabı ilə məğlub edib.

Hazırda turnir cədvəlinə İspaniya şahmatçıları başçılıq edir. Azərbaycan 2-ci, Çexiya isə 3-cüdür.