Millimiz Yunanıstanda toplanacaq

Millimiz Yunanıstanda toplanacaq

Avropa çempionatının ilkin seçmə mərhələsində iştirak edəcək 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının noyabrın 6-dan 9-dək Bakıda, noyabrın 10-dan 20-dək isə Yunanıstanın Patra şəhərində təlim-məşq toplanışı və rəsmi oyunları keçiriləcək.

Bakıdakı toplanışın ilk günündə komanda üzvlərinin iştirakı ilə Qobustan Milli Tarixi-Bədii Qoruğuna ekskursiya təşkil olunacaq.

Oyunların təqvimi və təlim-məşq toplanışında iştirak edəcək futbolçuların siyahısı yaxın zamanda açıqlanacaq.