Millimiz Gürcüstan yığması ilə bacarmadı

Millimiz Gürcüstan yığması ilə bacarmadı

Futbol üzrə U-21 millimiz AVRO-2021-in seçmə mərhələsində növbəti oyununa çıxıb.

 

Assist.az xəbər verir ki, komandamız "Dalğa Arena"da gürcüstanlı həmyaşıdları ilə qarşılaşıb.
Rəqibə ciddi müqavimət göstərə bilməyən yığmamız yekunda 0:3 hesabı ilə məğlub olub.

 

Görüşdə hesab ilk hissəyə əlavə olunan 2-ci dəqiqədə açılıb. Vato Arveladze qonaqları hesabda önə çıxarıb. Hürcüstan millisinin ikinci qolu 73-cü dəqiqəyə təsadüf edib, İrakli Bugridze fərqlənib. Görüşdə son nöqtəni isə 84-cü dəqiqədə Giorgi Arabidze qoyub, Azərbaycan 0, Gürcüstan 3.