Millimizə daha 2 futbolçu dəvət alıb

Millimizə daha  2 futbolçu dəvət alıb

Antalyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətinə daha iki futbolçu dəvət olunub. Assist.az xəbər verir ki, “Neftçi”dən Rüfət Abbasov və Norveçin “Rusenborq” klubunun üzvü Deniz Mehmetoğlu komandaya qoşulub.

 

Daha öncə Nuğay Rəşidov sənədində olan problemlə əlaqədar (pasportunun istifadə müddətinin sonuna 60 gün qaldığı üçün) komanda ilə birgə səfərə yollana bilməyib.