"Milan"dan növbəti məğlubiyyət

İtaliya A Seriyasında 11-ci turun görüşləri keçirilir. Assist.az xəbər verir ki, "Latsio" səfərdə "Milan"a 2:1 hesabı ilə qalib gəlib.

 

Yarış cədvəlinə 29 xalla "Yuventus" başçılıq edir. 1 xal geri qalan "İnter" 2-cidir. "Roma" 22 xalla 3-cü, "Latsio" 21 xalla 4-cü sırada qərarlaşıb. 13 xalı olan "Milan" 11-ci yerdədir.

 

"Milan" - "Latsio" - 1:2

Qollar: Baştuş, 28 (avtoqol) - Çiro İmmobile, 25, Xoakin Korrea, 83