Milan-da ağır itki

Milan-da ağır itki

Milan-ın futbolçusu Rafael Leau zədələnib.

Assist.az xəbər verir ki, 21 yaşlı hücumçu Portuqaliya millisinin düşərgəsində sıradan çıxıb. Onun ən azı 2 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Qeyd edək ki, Leau bu mövsüm 10 matçda 3 qol vurub, 3 qolun ötürməsini verib.