Mevlüt Erdinçin yeni klubu müəyyənləşdi

Mevlüt Erdinçin yeni klubu müəyyənləşdi

Türkiyə millisinin sabiq hücumçusu Mevlüt Erdinçin yeni klubu yeri bəlli olub.

Assist.az xəbər verir ki, 33 yaşlı futbolçu elitaya vəsiqə qazanan Fatih Karagümrük-lə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Lakin tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Erdinç 2019-cu ilin yayından Fenerbahçe-də çıxış edirdi. O, bu komandanın heyətində ötən mövsüm Superliqada 12 oyuna çıxıb.