"Messinin qalacağına ümid edirik" - Antuan Qrizman

"Messinin qalacağına ümid edirik" - Antuan Qrizman

Barcelona-nın hücumçusu Antuan Qrizmann komandanın kapitanı Lionel Messinin ayrılacağı barədə çıxan söz-söhbətlərdən danışıb.

Assist.az xəbər verir ki, faransalı futbolçu argnentinalı oyunçunun klubda qalacağına ümid etdiyini bildirib:

“Messidəki durumla bağlı xəbər almağa çalışırıq. Amma nə baş verirsə, onunla klub arasındadır. Sadəcə qalacağına ümid edirik. Hər şeyi dinləyirik, amma dəqiq bir məlumatımız yoxdu”.

Xatırladaq ki, Messinin Kataloniya klubundan ayrılacağı iddia olunur. Onun Manchester City ilə anlaşdığı bildirilir.