Messi Ramosa çatdı

Messi Ramosa çatdı

“Barselona” İspaniya La Liqasının  30-cu turunda “Real”a 1-2  hesabı ilə uduzub.

“Assist.az” xəbər verir ki, Kataloniya klubunun kapitanı Lionel Messi bu oyunda iştirak etməklə, “el klasiko” larda ən çox oyun keçirən Serxio Ramosa çatıb. Bu barədə məlumatı klubun mətbuat  xidməti yayıb. Xəbərdə deyilir ki, hər iki futbolçu “el klasiko”larda 45 oyun keçirib.  Serxio Ramos “Real”ın “Barselona”nı 2:1 hesabıyla məğlub etdiyi görüşdə zədə səbəbindən iştirak edə bilməyib.