Mbappe Benzemanın rekordunu qırdı

Millətlər Liqasının yarımfinalında Belçika ilə matç Fransa millisinin futbolçusu Kilian Mbappe üçün əlamətdar olub.
Assist.az xəbər verir ki, o, yığmanın heyətində 50-ci görüşünə çıxıb. 22 yaş 291 günlüyündə olan Mbappe 50 matç həddinə çatan ilk oyunçu olub. Bununla da o, Benzemanın (24 yaş 240 gün) rekordunu qırıb.
Qeyd edək ki, Mbappe 2017-ci ildən Fransa millisində oynayır.