Maykl Essyen Azərbaycan Premyer Liqasında debüt etdi

Maykl Essyen Azərbaycan Premyer Liqasında debüt etdi

"Səbail"in futbolçusu Maykl Essyen Azərbaycan Premyer Liqasında debüt edib.

 

Assist.az xəbər verir ki, məşhur qanalı futbolçu Premyer Liqanın 23-cü turunda "Sabah"la səfər matçında meydana çıxıb. 36 yaşlı yarımmüdafiəçi 64-cü dəqiqədə Yevgeni Koçukun əvəzinə meydana daxil olub.

 

İkinci hissəsi gedən görüşdə "Sabah" 3:1 hesabı ilə öndədir.