Maurissio Poçettino: "Danışılan şeylər Mbappeyə təsir göstərmir"

Maurissio Poçettino: "Danışılan şeylər  Mbappeyə təsir göstərmir"

"PSJ"  klubunun baş məşqçisi Maurissio Poçettino Mbappenin "Real Madrid"ə getmə ehtimalına münasibət bildirib.

Assist.az xarici mənbələrə istinadən xəbər verir ki, Maurissio Poçettino Mbappenin mətbuatda yazılan xəbərlərdən təsirlənmədiyini bildirib:

"Mbappe ulduz futbolçudur və adının böyük klublarla hallanması çox normaldır. Mbappe mətbuatda yazılan xəbərlərə fikir vermədən işi ilə məşğul olur, çünki o əsl peşəkardır."PSJ" klubu da onu saxlamaq üçün əlindən gələni edir".

Xatırladaq ki, Kilian Mbappe çıxdığı 34 oyunda 32 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.