Massimo Mauro: "Kriştiano Ronaldo lider deyildi və əsla olmayacaq"

Massimo Mauro: "Kriştiano Ronaldo lider deyildi və əsla olmayacaq"

"Yuventus" klubunun keçmiş yarım müdafiəçisi Massimo Mauro Kriştiano Ronaldo haqqında açıqlama verib.

Assist.az "Gazetta Dello Sport"a istinadən xəbər verir ki, Mauro Ronaldonun klubdan getməli olduğunu bildirib:

"Ronaldo lider deyildi və əsla olmayacaq. O fərdi olaraq çox istedadlı futbolçudur, ancaq komanda oyununa uyğun deyil. Nəticə olaraq Ronaldo "Yuventus"da "Real Madrid"də oynadığından daha yaxşı oynaya bilmədi və Çempionlar Liqasında da performansı zəif idi. Buna görə də artıq Ronaldo "Yuventus"dan getməlidir".

Xatırladaq ki, Kriştiano Ronaldo "Yuventus" ilə oynadığı 126 oyunda 97 qol vurub və iki dəfə "Seria A" çempionluğu qazanıb