Mason Mount: "Toni Kroos bizə görə yuxusuz qalmalıdır"

Mason Mount: "Toni Kroos bizə görə yuxusuz qalmalıdır"

"Çelsi" klubunun yarım müdafiəçisi Mason Mount UEFA Çempionlar Liqasının yarım final mərhələsində "Real Madrid" üzərində qazanılan "2-0" hesablı qələbədən sonra Toni Kroosun açıqlamalarına münasibət bildirib.

Assist.az "CBS Sport"a istinadən xəbər verir ki, Mason Mount toni Kroosun oyundan əvvəl "Rəqib komanda da heç bir futbolçu yuxumuzu qaçırmır" açıqlamasına cavab verib:

"Toni Kroos yuxularının qaçmadığını bildirmişdi, ancaq bizim komandamıza görə yuxuları qaçmalıdır. Klub üçün o qədər çox çalışırıq ki, sanki öz həyatımızı müdafiə edirik. Məğlub olduğumuz çox oyun oldu, amma indi qazanırıq və bunu davam etdirməliyik".

Xatırladaq ki, UEFA Çempionlar Liqasının yarım final mərhələsində dünən gecə oynanan oyunda "Çelsi" "Real Madrid" üzərində "2-0" hesablı qələbə qazanaraq finala vəsiqə qazandı. "Çelsi"nin finalda rəqibi "Mançester Siti" olacaq və bu oyun mayın 29-u keçiriləcək.