Marko Rossi: “Özümüzə inamı qaytarmalıyıq"

Marko Rossi: “Özümüzə inamı qaytarmalıyıq"

“Bugünkü oyunumuza görə azarkeşlərdən üzr istəyirəm. Bu şəkildə məğlub olmağımızı qəbul edə bilmərəm”.

Assist.az xəbər verir ki, bunu Macarıstan yığmasının baş məşqçisi Marko Rossi AVRO-2020-nin seçmə mərhələsində səfərdə Xorvatiya kollektivinə 0:3 hesabı ilə uduzduqları oyundan sonra söyləyib.

55 yaşlı italiyalı mütəxəssis nə baş verdiyini anlamaq üçün matçı analiz etməli olduqlarını deyib: “Özümüzə inamı qaytarmalıyıq. Çünki bazar günü bizi çox önəmli oyunumuz var. Bu gün 4 – 5 dəfə individual səhvlərə yol verdik. Açığı, karyeram ərzində komandamla belə bir şeyin baş verdiyini xatırlamıram. Özümüzü aşmalı və bazar günü Azərbaycana qarşı tam fərqli futbol oynamalıyıq”.

Qeyd edək ki, “Groupama Arena”da keçiriləcək Macarıstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.