Maradona yenidən baş məşqçi postunda

Maradona yenidən baş məşqçi postunda

Argentina yığmasının heyətində dünya çempionu olmuş əfsanəvi Dieqo Armando Maradona "Ximnasiya və Esqrima" futbol klubunun baş məşqçisi olub.

Assist.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 58 yaşlı mütəxəssislə müqavilə cari mövsümün sonuna kimi imzalanıb.

Qeyd edək ki, "Ximnasiya" Argentinanın çempionatında sonuncu - 24-cü yeri tutur. Komanda beş matçdan sonra cəmi bir xal yığa bilib. 

"Ximnasiya" Argentinanın ən köhnə klublarından biridir. Onun əsası 1887-ci ildə qoyulub.

 

Maradona daha əvvəl "Dorados" klubunun baş məşqçisi vəzifəsindən istefa verib.