Manchester United Kavani ilə bağlı qərar verdi

Manchester United Kavani ilə bağlı qərar verdi

Manchester United-də hücumçu Edinson Kavani ilə bağlı qərar verilib.

Assist.az xəbər verir ki, “qırmızı şeytanlar” 34 yaşlı hücumçunun müqaviləsini yeniləməyəcək.

Bu barədə Britaniya mətbuatı məlumat yayıb. Xəbərdə, klub rəhbərliyinin Kavaninin fiziki formasından razı olmadığı və bu səbəbdən futbolçu ilə müqaviləni yeniləməyəcəkləri bildirilib.

Kavaninin yayda Argentinanın Boca Juniors klubuna keçəcəyi gözlənilir. Uruqvaylı hücumçu Manchester United-lə Premyer Liqada 18 oyuna 6 qol vurub.

Qeyd edək ki, Kavaninin MU ilə müqaviləsi mövsümün sonuna qədərdir.