Manchester United-in futbolçuları sıraya döndü

Manchester United-in futbolçuları sıraya döndü

Manchester United zədəli futbolçuları ilə bağlı məlumat yayıb.

Goal.az xəbər verir ki, “qırmızı şeytanlar”ın rəsmi saytı yarımmüdafiəçi Pol Poqba və hücumçu Markus Reşfordun tam olaraq sağaldığını qeyd edib.

Xəbərdə hər iki futbolçunun hazırda fiziki formasını bərpa etməklə məşğul olduğu bildirilib. Poqba və Reşfordun koronavirus pandemiyasına görə dayandırılmış Premyer Liqanın bərpasına qədər tam hazır olması gözlənilir.