Manchester City Sanenin əvəzləyicisini tapdı

Manchester City Sanenin əvəzləyicisini tapdı

Manchester City yayda komandadan ayrılacağı gözlənilən Leroy Saneyə əvəzləyici tapıb.

Assist.az xəbər verir ki, ayrılıq gerçəkləşsə, "şəhərlilər" Bayer Leverkusen-in futbolçusu Leon Beylini transfer etməyə çalışacaq.

Məlumata görə, bu keçid Manchester City-yə ən azı 45 milyon avroya başa gələcək.

Qeyd edək ki, Beyli cari mövsüm Bundesliqada 16 oyunda 5 qol vurub və 5 assist edib.