Manchester City-də ağır itki

Manchester City-də ağır itki

UEFA Millətlər Liqasının 2-ci turu çərçivəsində İsveç millisinə 2:0 hesabı ilə qalib gələn Portuqaliya yığması ciddi itki ilə üzləşib.

Assist.az Goal.az-a istinadən  xəbər verir ki, millinin yarımmüdafiəçisi Bernardo Silva sıradan çıxıb. Oyuna start heyətində başlayan futbolçu, 22-ci dəqiqədə zədələnib və meydanı erkən tərk etməli olub. Sağ ayağının əzələsindən zədələndiyi bildirilən Manchester City-nin üzvünün vəziyyətinin tibbi müayinədən sonra dəqiqləşəcəyi deyilir.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında yeni mövsüm sentyabrın 12-də başlayacaq.