"Mançester Yunayted"in gənc ulduzu "Barselona"nın hədəfində

"Mançester Yunayted"in gənc ulduzu "Barselona"nın hədəfində

"Barselona" "Mançester Yunayted"in ulduz futbolçusu Markus Reşfordu transfer etmək istəyir. 


"The Sun"ın xəbərinə görə, Katalon klubu 21 yaşlı futbolçu üçün 115 milyon avro ödəməyə hazırdır. İddiaya görə, "Mançester Yunayted" növbəti mövsüm Çempionlar Liqasında iştirak etməsə, Reşford komandadan ayrıla bilər. 

Bu mövsüm "qırmızı şeytanlar"ın heyətində  44 oyuna çıxan Reşford 13 dəfə rəqib qapılarına yol tapıb, 5 dəfə isə assist edib.

Xatırladaq ki, ingiltərəli futbolçunun "Mançester Yunayted"lə olan müqaviləsi 2020-ci ildə başa çatır.