"Mançester Yunayted" xal itkisi ilə üzləşdi

"Mançester Yunayted" xal itkisi ilə üzləşdi

İngiltərə Premyer Liqasında 37-ci turun oyunları davam edir. Assist.az xəbər verir ki, uğursuz mövsüm keçirən "qırmızı şeytanlar" səfərdə "Huddersfild"in qonağı olub. 

Qarşılaşmada hesab 8-ci dəqiqədə açılıb. Skot Mktominayın qolu "Mançester Yunayted"i hesabda önə çıxarıb. Meydan sahiblərinin bu qola cavabı isə görüşün 60-cı dəqiqəsində gəlib. İsaak Mbenza qarşılaşmada tarazlıq yaradıb. Qarşılaşmada başqa qol olmayıb və tərəflər hərəyə 1 xalla kifayətləniblər.

Xatirladaq ki, İngiltərə Premyer Liqasına 94 xalla "Liverpul" başçılıq edir. Liderdən 1 oyun az keçirən "Mançester Siti" 92 xalla 2-ci pillədədir. İlk üçlüyü 71 xalı olan "Çelsi" tamamlayır.