"Mançester Yunayted" məğlub oldu

"Mançester Yunayted" məğlub oldu

İngiltərə Premyer Liqasında 11-ci tura start verilib. Assist.az xəbər verir ki, açılış oyununda "Mançester Yunayted" "Bornmut"un qonağı olub.

Görüş meydan sahiblərinin minimal hesablı qələbəsilə yekunlaşıb. "Bornmut"un yeganə qolunu 45-ci dəqiqədə J.Kinq rəqib qapısından keçirib.

Bu qələbə ilə xalını 16-a çatdıran "Bornmut" 6-cı pilləyə yüksəlib. Aktivində 13 xalı olan "Mançester Yunayted" 8-cidir.

Turnir cədvəlinə 28 xalla "Liverpul" başçılıq edir.