“Mançester Siti” qışda transferlərə 120 milyon xərcləyəcək

“Mançester Siti” qışda transferlərə 120 milyon xərcləyəcək

İngiltərə Premyer Liqasının 12-ci turunda “Liverpul”a 1:3 hesabı ilə uduzan “Mançester Siti” klubunun rəhbərliyi transferlər üçün 120 milyon avro büdcə ayırıb. Assist.az xəbər verir ki, “şəhərlilər” qış fasiləsində heyətini gücləndirməyə çalışacaq. Mançester təmsilçisinin əsas hədəfi müdafiənin mərkəzinə futbolçu almaqdır. Bundan əlavə, mövsümün sonunda komandadan gedəcəyini bəyan edən David Silva üçün alternativ axtarılır.

“Mançester Siti” Premyer Liqanın turnir cədvəlində 25 xalla 4-cüdür. Komanda lider “Liverpul”da 9 xal geri qalır.