"Mançester Siti" futbolçusunu La Liqaya göndərdi

"Mançester Siti" futbolçusunu La Liqaya göndərdi

"Mançester Siti"nin futbolçusu Yan Kouto karyerasını İspaniyada davam etdirəcək.

Assist.az xəbər verir ki, 23 yaşlı müdafiəçi "Jirona"ya keçib. Bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Kouto 2022/2023 mövsümünü icarə əsasında "Jirona"da keçirəcək.

Braziliyalı futbolçu 2020-ci ilin yayında 6 milyon avroya "Mançester Siti"yə keçib. O, "şəhərlilər" əsas komandası ilə rəsmi oyuna çıxmayıb.