Mahir APOEL-lə oyunu buraxacaq

Mahir APOEL-lə oyunu buraxacaq

Premyer Liqanın 10-cu turunda "Neftçi" ilə matçda (0:0) zədələnən "Qarabağ"ın hücumçusu Mahir Emreli bu gün tibbi müayinədən keçib. Assist.az xəbər verir ki, əzələsindən zədələnən 22 futbolçu bir ay yaşıl meydanlardan kənar qalacaq.

 

Forvard Avropa Liqasının qrup mərhələsinin son üç matçını buraxacaq.

 

"Qarabağ" noyabrın 7-si Kiprdə APOEL-lə qarşılaşacaq.