Məşhur idmançı Tokio-2020-də iştirak etməyəcək

Məşhur idmançı Tokio-2020-də iştirak etməyəcək

Məşhur tennisçi Rocer Federer Tokio-2020-də iştirak etməyəcək.

Assist.az xəbər verir ki, bu barədə isveçrəli idmançı “tvitter” hesabında paylaşım edib. O, dizindəki zədə səbəbindən Tokio-2020-yə qatılmayacağını deyib.

Federer 2008-ci ildə Pekin Yay Olimpiya Oyunlarında iki nəfərlik kateqoriyada qızıl, 2012-ci ildə London Yay Olimpiya Oyunlarında tək nəfərlik kateqoriyada gümüş medal qazanıb.