Məşhur futbolçu Bayern Münich-in səfiri təyin olundu

Məşhur futbolçu Bayern Münich-in səfiri təyin olundu

Bayern Münich-in sabiq futbolçusu Klaudio Pisarroya klubda vəzifə verilib.

Assist.az xəbər verir ki, perulu veteran hücumçu Münhen təmsilçisinin səfiri təyin olunub. Son 2 mövsümü Bundesliqanın digər klubu Werder-də keçirən 42 yaşlı Pisarro bu yay peşəkar karyerasını başa vurub.

Qeyd edək ki, keçmiş forvard Bayern-in heyətində 6 dəfə Almaniya çempionu, 5 dəfə isə ölkə kubokunun qalibi olub.