Lukaku məşhur kluba keçməkdən imtina etdi

Lukaku məşhur kluba keçməkdən imtina etdi

İnter-in futbolçusu Romelu Lukaku klubdan ayrılmaq niyyətində deyil.

Assist.az xəbər verir ki, belçikalı hücumçu ilə Manchester City yaxından maraqlanır.

“Şəhərlilər”in baş məşqçisi Xosep Qvardiolanın Lukakunu yayda komandasına cəlb etmək istədiyi bildirilib. Lukaku İnter-də Antonio Kontenin rəhbərliyi ilə yeni bir səviyyəyə çatdığını düşünür və komandanı tərk etmək istəmir.

Qeyd edək ki, Lukaku bu mövsüm A Seriyasında 25 oyunda 18 qol vurub və 8 məhsuldar ötürmə edib.