Luka Modriç ad gününü Bakıda qeyd etdi

Luka Modriç ad gününü Bakıda qeyd etdi

Xorvatiya millisinin futbolçusu Luka Modriç ad gününü Bakıda qeyd edib.

Assist.az xəbər verir ki, Zadar şəhərində doğulan kapitanın bu gün 34 yaşı tamam olur. AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan yığması ilə oyun üçün Bakıya gələn İspaniya “Real Madrid”inin yarımmüdafiəçisi bu münasibətlə məskunlaşdıqları oteldə tort kəsib və təbrikləri qəbul edib.

Qeyd edək ki, bu gün “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Xorvatiya oyunu saat 20:00-da başlayacaq.