Lothar Matthaus "Bavariya"nın yeni baş məşqçisinin adını açıqladı

Alman futbolunun əfsanəvi futbolçusu Lothar Matthaus "Bavariya"nın yeni baş məşqçisinin Yulian Nagelsmann ola biləcəyini bildirib.
Assist.az "Sky Sports"a istinadən xəbər verir ki, Lothar Matthaus "Bavariya"nın Yulian Nagelsmann ilə razılaşdığını və müqavilə imzalamaq üçün sadəcə olaraq xırda detalların qaldığını bildirib:
"PSJ"ilə oyun Hansi Flikin "Bavariya"nın baş məşqçisi olaraq çıxdığı son oyun idi. Almaniya Futbol Federasiyası Joakhim Lövün əvəzinə Hansi Flik ilə razılaşacaq. "Bavariya" ciddi bir şəkildə Yulian Nagelsmann ilə maraqlanır. Maddi məsələlər müzakirə edilib və sadəcə olaraq müqaviləni imzalamaq qalıb".
Xatırladaq ki, "Bavariya" Hansi Flik rəhbərliyində çıxdığı 80 qarşılaşmada 66 qalibiyyət alıb.