"Liverpul"dan qələbə, "Napoli" heç-heçə etdi

"Liverpul"dan qələbə, "Napoli" heç-heçə etdi

Çempionlar Liqasında 4-cü tura start verilib. Assist.az xəbər verir ki, ilk oyun günündə 8 görüş keçirilib. Qarşılaşmalar E, F, G və H qruplarında baş tutub. 

E qrupunda mübarizə aparan turnirin son qalibi "Liverpul" doğma meydanda "Genk"i qəbul edib. Görüş Premyerliqa təmsilçisinin 2:1 hesablı qələbəsilə yekunlaşıb.

"Liverpul"un qollarını 14-cü dəqiqədə Corcino Veynaldum və 53-cü dəqiqədə Aleks Oksleyd-Çemberleyn vurub. Qonaqlardan isə 40-cı dəqiqədə Mbvana Samatta fərqlənib.

Qrupun digər oyununda "Napoli" "Zalsburq"u qəbul edib. Görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb. Erlinq Holandın qoluna "Napoli" İrvinq Losano ilə cavab verə bilib.

# Klub Oyun Xal
1  Liverpul 4 9
2 Napoli 4 8
3 Zalsburq 4 4
4 Genk 4 1