"Liverpul"dan növbəti geri dönüş

"Liverpul"dan növbəti geri dönüş

İngiltərə Premyer Liqasında 11-ci turun  oyunları davam edir. Assist.az xəbər verir ki, turnir cədvəlinin lideri "Liverpul" səfərdə "Aston Villa"nın qonağı olub.

Görüşdə hesab 21-ci dəqiqədə açılıb. Trezeguet meyddan sahiblərini hesabda önə keçirib. "Liverpul"un buna cavabı qarşılaşmanın 87-ci dəqiqəsində gəlib. A.Henderson fərqlənib. Qol ruhlanan "Liverpul" futbolçuları son dəqiqələrdə qələbə topunu vurublar. S.Manenin qolu "Liverpul"a 3 xal qazandırıb.