"Liverpul"dan əzmkar qələbə

"Liverpul"dan əzmkar qələbə

İngiltərə Premyer Liqasında 10-cu turun oyunları davam edir. Assist.az xəbər verir ki, turnir cədvəlinin lideri "Liverpul" evdə "Tottenhem"i qəbul edib.

Görüşdə hesab 2-ci dəqiqədə açılıb. Harri Keyn meydan sahiblərini məyus edib. "Liverpul"un ciddi cəhdlərinə baxmayaraq ilk hissədə hesab dəyişməyib.

Meydan sahibləri ikinci hissəyə qolla başlayıblar. Cordan Henderson hesabı bərabərləşdirib. 74-cü dəqiqədə "Tottenhem"in qapısına penalti təyin edilib. Ağ nöqtəyə yaxınlaşan M.Salah fürsəti qaçırmayıb. Bu, həm də görüşdə vurulan son qol olub - "Liverpul" 2:1 "Tottenhem".

Bu qələbə ilə xalını 28-ə çatdıran "Liverpul" liderliyini davam edir.