"Liverpool" Premyer Liqaya darmadağınla başladı

"Liverpool" Premyer Liqaya darmadağınla başladı

İngiltərə Premyer Liqasının 2019-2020-ci il mövsümünə start verilib. Assist.az xəbər verir ki, Avqustun 9-da keçirilən matçda “Liverpul” öz meydanında “Norviç” komandasını qəbul edib. “Anfild” stadionunda baş tutan oyun ev sahiblərinin 4-1 hesablı qələbəsi ilə başa çatıb.

“Liverpul” klubunun heyətində Qrant Hanley (avtoqol - 7'), Məhəmməd Salah (19'), Virjil van Deyk (28') və Divok Oriqi (42') fərqləniblər. Qonağların heyətində təsəlli qoluna 64-cü dəqiqədə Tim Pukki imza atıb.