Liverpool-da rəsmi ayrılıq

Liverpool-da rəsmi ayrılıq

Liverpool müdafiəçisi Nataniel Klayn ilə yollarını ayırmağa qərar verib.

Assist.az xəbər verir ki, klub rəhbərliyi müqaviləsinin müddəti iyunun sonunda başa çatacaq futbolçu ilə yeni anlaşma imzalamağa ehtiyac duymayıb.

Qeyd edək ki, İngiltərə yığmasının da üzvü olan Klayn Liverpool-da 2015-ci ildən çıxış edirdi.