Liverpool-da ağır itki

Liverpool-da ağır itki

İngiltərə Premyer Liqasının 10-cu turu çərçivəsində Brighton-la 1:1 hesablı bərabərliyə razılaşan Liverpool itki ilə üzləşib.

Assist.az Goal.az-a istinadən  xəbər verir ki, “qırmızılar”ın futbolçusu Ceyms Milner sıradan çıxıb. Oyunun 74-cü dəqiqəsində zədələnən yarımmüdafiəçi oyunu davam etdirə bilməyib və əvəzlənib. Onun əzələsindən zədə aldığı bildirilir.

34 yaşlı futbolçunun son vəziyyətinin tibbi müayinədən sonra dəqiqləşəcəyi deyilir.