"Lion"da yeni baş məşqçi

"Lion"da yeni baş məşqçi

"Lion" klubunun yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib.

Assist.az xəbər verir ki, Fransa təmsilçisini  Rudi Qarsiya çalışdıracaq.

55 yaşlı mütəxəssis klubla danışıqları tamamlamaq üçün Lion şəhərinə gəlibr. Qarsiya ilə 2021-ci ilin iyuluna qədər müqavilə bağlanılacaq.

Fransalı mütəxəssis bu postda Silvinyo Mendesi əvəz edəcək.

Qeyd edək ki, 9 oyundan 9 xal toplayan "Lion" hazırda 14-cü pillədədir.