"Leyptsiq" "Zenit"i məğlub etdi

Çempionlar Liqasında 4-cü tura start verilib. Assist.az xəbər verir ki, "Leyptsiq" Sankt-Peterburqda "Zenit"in qonağı olub.

Görüş Almaniya təmsilçisimin2:0 hesablı qələbəsilə yekunlaşıb. Qonaqlara qələbə gətirən qolları Dieqo Demme və Marsel Zabitser rəqib qapısından keçiriblər.

Bu qrupun digər oyununda "Lyon" "Benfika" ilə qarşılaşacaq.