Levandovski Benzemanı geridə qoydu

Levandovski Benzemanı geridə qoydu

UEFA Çempionlar Liqasında 2019/20-ci il mövsümünün bombardiri müəyyənləşib.

Assist.az Goal.az xəbər verir ki, bu, final matçında PSG-ni 1:0 hesabı ilə məğlub edən Bayern Münich-in hücumçusu Robert Levandovskidir. Cari mövsümdə turnirdə keçirdiyi 11 oyunda 15 qol vuran polşalı hücumçu, həm də 6 məhsuldar ötürmə ilə yadda qalıb. Çempionlar Liqasında ümumilikdə 68 qol vuran Levandovski, turnirin tarixində ən çox qol vuran futbolçuların siyahısında 4-cü pillədə qərarlaşan Kərim Benzamanı da (Real Madrid) geridə qoyub.