Lempardın "Çelsi"də debütü uğursuz alındı

Lempardın "Çelsi"də debütü uğursuz alındı

Futbol üzrə İngiltərə Premyer Liqasının yeni mövsümdə birinci turunun növbəti oyunları keçirilib.

Assist.az xəbər verir ki, matçlardan biri "Old Trafford" stadionunda "Mançester Yunayted" və "Çelsi" arasında baş tutub.

Frenk Lempardın rəhbərliyi altında ilk rəsmi oyununa çıxan "Çelsi" darmadağınla üzləşib. Matç ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda qolları Reşford (18 və 67-ci dəqiqələrdə), Marsyal (65) və Ceyms (81) vurub.

Qələbə sayəsində ilk üç xalını qazanan "Mançester Yunayted" ikinci pilləyə yüksəlib və yalnız qol sayına görə "Mançester Siti"dən (5 qol) geri qalır.