La Liqa klubunun baş məşqçisinə 4 oyunluq cəza

La Liqa klubunun baş məşqçisinə 4 oyunluq cəza

Cadiz klubunun baş məşqçisi Alvaro Servera 4 oyunluq cəzalandırılıb.

Assist.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Cəzaya 55 yaşlı mütəxəssisin hakimlərin ünvanına xoşagəlməz ifadələr işlətməsi səbəb göstərilib. La Liqanın 5-ci turunda Granada ilə qarşılaşmadan sonra Xavyer Alberolanın başçılıq etdiyi hakimlər briqadasını sərt şəkildə tənqid edən Serveraya yarışın Nizam-İntizam Komitəsi 4 oyunluq cəza kəsib. O, Real Sociedad, Elche, Barcelona və Celta ilə görüşlərdə texniki zonadakı yerini ala bilməyəcək.

Cadiz isə bununla bağlı bəyanat yayaraq baş məşqçinin hakimləri təhqir edəcək heç bir söz demədiyini iddia edib. Klub apelyasiya şikayəti verəcəyini açıqlayıb.

Qeyd edək ki, Cadiz – Granada oyunu 1:1 hesabı ilə başa çatıb.