Kyellini "Yuventus"dan ayrılır?

"Yuventus"un təcrübəli kapitanı Corcio Kyellini karyerasını ABŞ-da davam elətdirə bilər.
Assist.az "Tuttosport"a istinadən xəbər verir ki, 37 yaşlı müdafiəçini MLS-də çıxış edən "Sinsinatti" klubu transfer etmək istəyir.
Qeyd edək ki, Kyellinin "Yuventus" ilə müqaviləsi iyunda başa çatır. Bu səbəblə ABŞ klubu təcrübəli müdafiəçini azad agent olaraq heyətinə qatmaq istəyir.