KİV: “Boka Xuniors” “Qarabağ”ın təklifindən imtina edib

KİV: “Boka Xuniors” “Qarabağ”ın təklifindən imtina edib

Argentinanın “Boka Xuniors” klubu futbolçusu Markos Diası transfer etmək istəyən “Qarabağ”ın təklifini geri çevirib.

Assist.az xəbər verir ki, Buenos-Ayres təmsilçisi 33 yaşlı argentinalı qapıçını heyətdə saxlamağa üstünlük verib. Bu ilin yanvarında “Boka Xuniors”la 1,5 illik müqavilə bağlayan Dias əsas heyətə düşməkdə çətinlik çəkir.

Qeyd edək ki, hazırda “Qarabağ”ın əsas qapıçısı braziliyalı Vaqner da Silvadır. İkinci qapıçısı isə Şahrudin Məhəmmədəliyevdir.