"Keşlə" heyətini paraqvaylı hücumçu ilə gücləndirdi

"Keşlə" heyətini paraqvaylı hücumçu ilə gücləndirdi

"Keşlə" klubu növbəti transferini reallaşdırıb. 

Assist.az  xəbər verir ki, paytaxt təmsilçisi paraqvaylı futbolçu Lorenzo Frutos ilə əməkdaşlıq müqaviləsi imzalayıb. 30 yaşlı hücumçu bir il paytaxt təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, Frutosun son klubu Venesuelanın "Deportivo Lara" olub. O, həmçinin Paraqvayın “Sol de Amerika”, “Rubio Nyu”, “İndependyente” və Salvadorun “Santa Tecla” klublarında çıxış edib.