"Keşlə"nin rəqibi erməni futbolçunu ölkəsinə göndərdi

"Keşlə"nin rəqibi erməni futbolçunu ölkəsinə göndərdi

“Keşlə”nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Soçi” (Rusiya) futbolçusu Erik Vardanyanı icarəyə verib.

Assist.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi “Pünik”ə keçib. Bu barədə Ermənistan klubunun mətbuat xidməti məlumat yayıb. Vardanyan 2022-ci ilin yayına qədər “Pünik”də çıxış edəcək.

Ermənistan yığmasının da üzvü olan Erik “Soçi” ilə Rusiya çempionatında bir oyuna çıxıb.

Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Soçi” – “Keşlə” oyunu iyulun 22-də olacaq. Komandalar arasındakı cavab matçı iyulun 29-da keçiriləcək.