Kavani Manchester United-dən ayrıla bilər

Kavani Manchester United-dən ayrıla bilər

Manchester United-in futbolçusu Edinson Kavani mövsümün sonunda komandanı tərk edə bilər.

Assist.az xəbər verir ki, bu barədə uruqvaylı hücumçunun atası Luis Kavani açıqlama verib. O, oğlunun özünü İngiltərədə rahat hiss etmədiyini deyib:

“Oğlum özünü İngiltərədə rahat hiss etmir və ailəsinə yaxın olmaq istəyir. Kavani Cənubi Amerikada oynamaq niyyətindədir”. Kavaninin Manchester United-lə müqaviləsi yaya qədərdir. 34 yaşlı hücumçu Premyer Liqada bu mövsüm 18 oyunda 6 qol vurub.

Kavaninin adı Argentinanın Boca Juniors klubu ilə hallanır.